Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Avq
2019
23:00
369

15
Avq
23:00




Premyer Liqada 14-cü start

Bu həftə Azərbaycan Premyer Liqasında yeni - 2019/20 mövsümü başlayacaq. Sayca 28-ci olan ölkə çempionatı "Qəbələ"nin tarixində 14-cü olacaq.

2006-cı ildə yüksək dəstədə debüt edən "qırmızı-qaralar" 13 çempionatı arxada qoyub. Bu müddətdə komanda 5 dəfə mükafatçılar sırasına düşüb. "Qəbələ"nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Son 13 mövsümdə komanda 392 matça çıxıb. "Qəbələ" 161 qələbə qazanıb, 103 heç-heçə edib və 128 dəfə uduzub. Rəqib qapılarından 480 top keçirən futbolçularımız 409 qol buraxıblar.

Bu 13 ildə 219 futbolçu "Qəbələ"nin şərəfini qoruyub. Ən çox oyun keçirən futbolçulardan beşi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi - 112, Elvin Camalov - 111.

"Qəbələ"nin Premyer Liqadakı bombardiri Viktor Mendidir - 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb.

"Qəbələ" arxada qalan 13 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox - 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur - 44 oyun. Komandamızın indiki məşqçisi Sənan Qurbanov 31 çempionat görüşündə "qırmızı-qaralar"a rəhbərlik edib. "Qırmızı-qaralar" 13 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

"Qəbələ" 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda "qırmızı-qaralar" ilk turu qələbə ilə başa vurub. 2016/17 mövsümündə "Kəpəz"i 2:0, növbəti çempionatda "Keşlə"ni 2:1 hesabı ilə yenən "Qəbələ" ötən il "Səbail"in qapısından üç cavabsız qol keçirib

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az