CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
14:42
489

16
Avq
14:42



Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb

Abşeron rayonda kənd təsərrüfatı sahəsində cari ilin 6 ayında, xüsusilə bitkiçilik məhsulları istehsalında artıma nail olunub. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi ilə bağlı işlər həyata keçirilir. Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda “Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı bu ilin əvvəlindən buradakı 80 hektarlıq sahədə badam, 287 hektar sahədə isə zeytun bağı salınıb.

 XeberOxu.az xəbər verir ki, kənd təsərrüfatı torpaqlarında səmərəli iş görmək məqsədilə Abşeron və Bakının bir çox qəsəbə və kəndlərini suvarma suyu ilə təmin edən “Abşeronmagistral” kanalının yenidən qurulması işləri davam etdirilib, kanalın 27 kilometrlik hissəsi bərpa olunub. Abşeron Suvarma Sistemləri idarəsi tərəfindən 38 kilometr kanal lil və məişət tullantılarından təmizlənib, 12 ədəd nasos əsaslı, 29 ədədi isə cari təmir edilib.

Mehdiabad, Fatmayı ərazilərində kənd təsərrüfatı torpaqlarının suvarma suyu ilə təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi ərazisində 10 min kubmetrik yeni anbar tikilib, 5 min kubmetrlik anbar təmir olunub. Novxanı-Mehdiabad-Masazır istiqamətində 11 kilometr uzunluğunda magistral, 160 millimetr diametrli 600 poqonmetr uzunluğunda isə paylayıcı xəttin çəkilişi başa çatdırılıb.

Bundan əlavə, Fatmayı kəndi üçün 3 kilometr uzunluğunda magistral və 1,2 kilometr uzunluğunda paylayıcı xətlərin çəkilməsi üçün hazırlıq işləri görülür.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az