CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
17:40
462

16
Avq
17:40



DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, müraciəti edən Bakı şəhəri, Yasamal rayon sakini Namiq Nəsibov DOST mərkəzinə itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə xidmətindən faydalanıb.

N.Nəsibov DOST mərkəzinə müraciət edən 25 000-ci vətəndaş olması ilə əlaqədar mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib, DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu ifadə edib. O, sosial sahə üzrə geniş miqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən, operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Cari ilin may ayında açılışı olan DOST Agentliyinin 1 saylı DOST mərkəzində məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri və s. sahələr üzrə 130-dək növdə xidmət təqdim edilir. Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərən mərkəzə hər gün 400-dən çox vətəndaş müraciəti qeydə alınır.

Aparılan monitorinqin nəticələrinə əsasən, mərkəzə müraciət edən vətəndaşların DOST xidmətlərindən tam məmnunluq səviyyəsi 93 faizdən yüksəkdir, qismən məmnunluq səviyyəsi isə 4 faiz təşkil edir.

2019-2025-ci illər üzrə Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az