Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Avq
2019
20:05
852

16
Avq
20:05



AMEA-da elmi lektoriya təşkil olunacaq

Lektoriyada təbiət, texnika, ictimai və humanitar elmlərin müxtəlif aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) XeberOxu.Az-a  bildirilib ki, müasir şəraitdə müxtəlif elmi istiqamətlər üzrə peşəkar biliklərə malik yüksəkixtisaslı kadr hazırlığı bütün digər amillərlə yanaşı, elmi tədqiqat sahəsində ənənələrin davam etdirilməsi, nüfuzlu elmi məktəblərin qorunub saxlanılması və nəsillər arasında elmi varisliyin təmin edilməsindən bilavasitə asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gənc nəsildə tədqiqat vərdişlərinin formalaşdırılmasında, mühüm elmi və innovativ nəticələrin əldə edilməsində müasir elmi yeniliklərin mənimsənilməsi ilə yanaşı, elmi varisliyin qorunub saxlanılması da mühüm rol oynayır.

AMEA-da da elmi məktəblərin qorunub saxlanılması, elmi nəsillər arasında uğurlu kommunikasiyanın təmin edilməsi elmin inkişafı baxımından həyata keçirilən kompleks tədbirlərin əsas istiqamətlərindəndir.

Bu gün elmi məktəb yaratmış alimlərlə gənclər arasında elmi kommunikasiyaların müasir standartlar səviyyəsində, müasir elmi-təşkilati texnologiyaların tətbiqi şərti ilə təşkili, ənənəvi elmi məktəblərin daha interaktiv üsullarla təbliği qarşıda duran əsas vəzifələrdəndir.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti akademiyada daimi fəaliyyət göstərən elmi lektroriyanın təşkili ilə bağlı qərar qəbul edib. Lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA üzvlərinin, o cümlədən Rəyasət Heyəti üzvlərinin aktual elmi, elmi-təşkilati və innovativ məsələlərə, habelə Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrinin təşkili nəzərdə tutulub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az