Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
11:47
348

17
Avq
11:47




Sevilya irimiqyaslı yubiley tədbirlərinə hazırlaşır

Avqustun 19-da bütün dünyada, əlbəttə, xüsusən İspaniyada Magellanın dəniz vasitəsilə dünya səyahətinə yola düşməsinin yubileyi qeyd olunacaq. Bayram tədbirlərinin mərkəzi Sevilya və Əndəlis olacaq.

XeberOxu.az İspaniya KİV-nə istinadla xəbər verir ki, avqustun 19-da Fernan Magellan və Xuan Sebastyan Elkanonun bəşəriyyətin tarixində mühüm kəşflərə yol açmış səyahətinin 500 illiyi tamam olur. 1519-cu ildə “Cənub dənizi”nə çıxış tapmaq və ilk dəfə dünya səyahəti zamanı Yerin kürə şəklində olduğunu sübut etmək üçün yola düşən gəmilər məhz Sevilyadan ayrılıblar. Dənizə çıxan 5 gəmidən 1522-ci ilin sentyabrında təkcə biri – Magellanın Filippində ölümündən sonra Elkanonun idarə etdiyi “Nao Victoria” geri qayıdıb.

Tarixin ən mühüm ekspedisiyalarından biri bütün bəşəriyyətin planetimiz haqqında təsəvvürlərini tamamilə dəyişdi. Onu ilk insanın Aya enməsi ilə müqayisə edirlər, lakin bildirirlər ki, Magellanın səyahəti daha təhlükəli və əhəmiyyətli olub.

Bu əlamətdar yubiley münasibətilə ilk tədbirlər artıq apreldə başlayıb və “Sevilya dünyaya açılır” devizi altında tarixi günədək davam edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az