Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
19:50
660

17
Avq
19:50




Məktəbli formalarının qiyməti açıqlandı

Vahid məktəbli formaları 40-46 manata təklif edilir.

XeberOxu.az xəbər verir ki,bu barədə Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

O bildirib ki, 2010-cu ildən vahid məktəbli formalarının istehsalı Bakı Tikiş Evinə həvalə edilib:

"Ümumiyyətlə, bu gün orta ümumtəhsil müəssisələrində 1-6-cı siniflər üçün ayrı model, 7-11-ci siniflər üçün isə ayrı model məktəbli forması mövcuddur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.

Qanunla 100 manatdan aşağı satılan məhsulun keyfiyyətinə zəmanət verilməsə də , biz məhsullarımıza ən azı bir il zəmanət veririk. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizə əmtəə sertifikatı verib. Bizim məktəbli formalarımız kifayət qədər keyfiyyətlidir. İstifadə etdiyimiz materiallar Türkiyədən gətirilir və keyfiyyətinə cavabdehik".

E.Əzimov vahid məktəbli formalarından şikayət edən valideynlərə müraciət edib:

"Vahid məktəbli formalarımızın modellərini oğurlayan "işbazlar" zirzəmi şəraitində fəaliyyət göstərən sexlərdə geyim istehsal edir. Üzərinə Bakı Tikiş Evinin etiketlərini vuraraq saxta geyimləri müxtəlif yollarla satışa çıxarır. Bununla mübarizə aparırıq. Geyimləri beş manat daha ucuz sataraq qazanc əldə edirlər.

O geyimlər, təbii ki, keyfiyyətsiz olacaq və uşaqlar üçün də təhlükəlidir. Geyimlərin orijinal olduğunu yoxlamaq üçün sertifikat tələb etsinlər. Vağzaldan, Bakı Tikiş Evinə aid olmayan müxtəlif satış məntəqələrindən geyimlər almasınlar".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az