XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



25 Avq
2021
17:36
4502
25
Avq
17:36



Yol tikintisi sahəsində dövlət standartı təsdiq edilib

Yol tikintisi sahəsində beynəlxalq tələblərə uyğun dövlət standartı təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, ölkədə istehsal olunan tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsi və tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə AZS EN 13282-2:2021 “Hidravlik yol yapışdırıcıları. Hissə 2: Normal bərkiyən hidravlik yol yapışdırıcıları - Tərkibi, texniki şərtləri və uyğunluq meyarları” dövlət standartı qəbul edilib.

Dövlət standartı tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Yeni standart avtomobil və dəmir yollarında, hava limanlarında və digər infrastruktur obyektlərində özüllər, əsaslar (bünövrələr), qoruyucu təbəqələr, normal şəraitdə bərkiyən hidravlik yol yapışdırıcılarına dair beynəlxalq tələbləri özündə əks etdirir.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Avto-Moto xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.