Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
16:21
389

14
Yan
16:21



Yusif Eyvazovla bağlı xəbər yalan çıxdı

“Forumopera.com” xəbər portalı Azərbaycanın Xalq artisti Yusif Eyvazovla bağlı yaydığı məlumatı təkzib edib. Xeberoxu.Az xəbər verir ki, dünən məşhur tenor ifaçısının milliyətcə erməni soprano Ruzan Mantaşyanla siyasi səbəblərdən bir səhnədə çıxış etməkdən imtina etməsi barədə dərc etdiyi xəbərin doğru olmadığını qeyd edib.

Təkzib xəbərində bildirilib ki, tenor bu məsələdə heç vaxt kiçik irad səsləndirməyib və bu, anlaşılmazlıq ola bilər.

Y. Eyvazovun özü də sözügedən açıqlamanı instaqram səhifəsində paylaşıb. O, baş verənlər barədə danışıb: “Əziz dostlar, mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasındakı vəziyyətə dair tamamilə aydın bir fikir və düşüncəm var, amma siyasi görüşlərim heç vaxt peşəmə və səhnədəki fəaliyyətimə təsir etmir. Bolşoy Teatrda dəfələrlə Mariya Qule qina və Qevorq Akopyan ilə birlikdə səhnəyə çıxdığım buna sübutdur. Buna görə təsdiqlənmiş məlumatlara etibar edin və təxribat xarakterli informasiyaları bundan sonra yaymayın. Təxribata yol verməyin”.

Həmçinin konsertin keçiriləcəyi məkan- “Semper Opera Ball” da informasiyaların yanlış olduğunu vurğulayıb. Mərkəzin rəhbərliyi Y. Eyvazovun bu cür sövdələşməyə girmədiyini söyləyib. Həmçinin Ruzan Mantaşyanın fevralın 7-də “Opera Ball”da çıxışı üçün müqavilə imzalanmayıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək







BŞBPİ sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - Polis rüşvət almayıb







Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir







Hacıqabulda yük maşınında kişi meyiti tapıldı


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.