03 Avq 2019
21:11
![]() |
03
Avq 21:11
![]() Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019”un açılış mərasimində - FOTO Moskvada səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 3-də Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının təntənəli açılış mərasimində iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, Zakir Həsənov, həmçinin bütün dünya sülhməramlılarına həsr edilmiş heykəltəraşlıq kompozisiyasının açılış mərasiminə qatılıb. Sonra nazir “Səhra mətbəxi” müsabiqəsinin iştirakçı ölkələrinin milli mətbəxlərinin xüsusiyyətləri ilə tanış olub və “Tank biatlonu” müsabiqəsinin birinci mərhələsinin çıxışını izləyib. Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edirlər.
Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı
Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |