Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Sen
2019
16:20
561

09
Sen
16:20



Zarat postu yaxınlığında qəza - 4 nəfər xəsarət aldı, 2-si Bakıya göndərildi

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XeberOxu.Az-ın məlumatına görə, qəza ötən gün Quba-Bakı istiqamətində, Zarat postu yaxınlığında qeydə alınıb. "Lada" markalı avtomobil idarəetməni itirməsi nəticəsində aşaraq yolun kənarına düşüb. Qəzada 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlar, 1982-ci il təvəllüdlü Seyfəliyev Bəhruz Höküməddin oğlu onurğa və sağ budun küt travması, 1994-cü il təvəllüdlü Qadaşov Aqil Əsgər oğlu açıq kəllə-beyin travması, təpə sümüyü və alt çənənin sağ nahiyəsinin sınığı, döş qəfəsinin küt travması, sağ said sümüklərinin çoxsaylı sınığı, 1990-cı il təvəllüdlü Babayev Məsbulla Ədalət oğlu başın təpə nahiyəsinin sıyrılmış yarası, döş qəfəsi və sol budun küt travması, 1987-ci il təvəllüdlü babyev Xəzər Əlixan oğlu qapalı kəllə-beyin travması, başın sağ tərəfinin yarası və alın nahiyəsinin böyük həcmli yırtığı xəsarətləri alıblar.

Xəstələrdən ikisi - M.Babayev və A.Qadaşov gecə 01 radələrində Bakıya 1 Saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzdən verilən məlumata görə, hər iki şəxs reanimasiya şöbəsindədir, müalicələri davam edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az