AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





26 May
2019
09:30
1248



Zəhərli bal
Bu bala bəzən "buz balı" da deyilir. Bu bal azaliya, andromed, bataqlıq çiçəkləri və digər müxtəlif zəhərli çiçəklərdən alınan baldır. Bu bal faydalı yox, çox zəhərli baldır. Zəhərli baldan az miqdarda istifadə elədikdə baş ağrıları, ürəkbulanma, qusma, ishal, dəridə solğunluq, ürəkdöyünmə, zəiflik, qaşınma, bəzən isə qıcolmalar meydana çıxır. Balın tərkibində olan zəhərin miqdarı onun tərkibindəki alkoloidlərin, andrometoksinlərin və rododendronların miqdarından asılıdır. Zəhərli balın ətri xoşagəlməz olur.
XeberOxu.Az immunitet.az-a istinadən bildirir ki, Yaponiyada zəhərli arılar zəhəri xotsutsay bitkisindən toplayırlar. Dəfnə çiçəklərindən toplanan balın tərkibində andrometoksin olduğuna görə bu bal da zəhərli bal hesab edilir. Zəhərli balı ən çox Qafqaz bölgəsində yaşayan arılar toplayır. Amma bu bölgədə hansı bitkilərin zəhərli və balverən olması aydınlaşdırılmayıb.
Zəhərli balı yedikdən 20 dəqiqə sonra zəhərlənnmə əlamətləri meydana çıxır. Bu ən çox da zəif və yaşlı adamlarda özünü göstərir.Bu qrupa aid olan adamlar zəhərli bal yedikdə onlarda qusma və ürəkbulanma ilə bərabər yüksək temperatur, gözlərin tutulması, huşun itməsi, nəbzin zəifləməsi baş verir. Bəzən isə nəbzin sayı dəqiqədə 30-a düşə bilir. Bu zaman zəhərlənən adamın üzündə göy ləkələr əmələ gəlməyə başlayır, nəfəsalma çətinləşir, xəstəni soyuq tər basır,əllər və ayaqlar ağrımağa başlayır. Bu əlamətlər 4-5 saat davam edə və xəstədə geridönməz izlər buraxa bilər. Balı yeyən zaman sadalanan əlamətlərin meydana çıxdığı zaman təcili həkimə müraciət etmək lazımdır.
Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO







Çimərliklər pulsuz olmalıdır - RƏSMİ







Deputatlar bu gün növbədənkənar iclasa toplaşır – Gündəlikdə 36 məsələ var







Vaşinqtonda Azərbaycanın Respublika Günü münasivəti ilə təntənəli ziyafət təşkil edilib -FOTO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az