26 Yan
2020
16:40
801

26
Yan
16:40



Zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatıb -YENİLƏNİB

Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr təyyarə ilə Bakıya yola salınıb.

Bu barədə Xeberoxu.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb.

Təhsil Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər.

Təhsil Nazirliyinin rəsmiləri, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələri Bakı Hava Limanındadırlar. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.

XXX

13:45

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyə prosesi başa çatıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, Türkiyədən azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını gətirən avtobusların hər üçü Naxçıvana çatıb.

Bundan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə həmin şəxslə Bakıya uçacaqlar.

XXX

09:41

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyə prosesi bütün gecə ərzində davam edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, Elazığ və Malatyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər.

Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.