Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





22 Mart
2019
12:49
384



Bayram günlərində məhkumlara telefon ötürmək cəhdləri baş tutmadı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 15 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberoxu.az-a verilən məlumata görə, martın 20-də Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 234.1; 67.1-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən məhkum Səlimov Kamran Kamil oğlunun yanına qısamüddətli görüşə gəlmiş bibisi Bakı şəhər sakini Kərimova Nahidə Yunus qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasının içində 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Martın 21-də isə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələrinə əsasən 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Bundan başqa, martın 21-də Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Axundov Fərman Ağadadaş oğlunun qısamüddətli görüşə gəlmiş Bakı şəhər sakini Axundov Cavanşir Ağadadaş oğlunun üzərinə baxış keçirilərkən metadon həbləri aşkar edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO







Şri-Lankada törədilən terror aktları nəticəsində ölənlərin sayı 262-yə çatıb







Ankarada Kəmal Kılıçdaroğluna hücum etmək istəyiblər


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az